İyul 30, 2017 09:35 Asia/Baku
  • Amerikan koalisiya Suriya xalqını qırmaqda davam edir
    Amerikan koalisiya Suriya xalqını qırmaqda davam edir

Amerikanın komandanlığı altında olan sözdə beynəlxalq anti-İŞİD koalsiyasının qırıcılarının Suriyanın şərqində yerləşən Diyrəzzur vilayətinin Əlməyadin şəhərinə qarşı hücumu onlarla nəfərin ölməsi və yaralanmasına bais olubdur.

Bu hücumda beş uşaq daxil olmaqla azı on mülki həlak olub və bir neçə nəfər də yaralanıbdır. 

Yerli mənbələr bildiriblər ki, amerikan koalisiyanın qırıcıları Əlməyadin şəhərinin infrastrukturları və yaşayış massivlərini hədəfə alıblar.

29 sivil də Amerikanın komandanlığı altında olan sözdə beynəlxalq anti-İŞİD koalsiyası qırıcılarının Suriyanın şimalındakı Raqqa şəhərinə qarşı hücumunda dünyasını dəyişib.

Amerikanın komandanlığı altında olan sözdə beynəlxalq anti-İŞİD koalsiyasının qırıcılarının İraqa və Suriayaya qarşı hücumlarını izləyən "İrvarez" nəzarət qrupu son zamanlar bildirib ki, 2014-cü ildən bəri təqribən üç min mülki amerikan koalisiyanın qırıcılarının hava hücumlarında həlak olubdur.

Teqlər