ABŞ koalisiyası Suriyada yeni cinayət törədib
-
ABŞ koalisiyası Suriyada yeni cinayət törədib
"İŞİD-ə qarşı amerikan koalisiya"-nın hərbi təyyarələri Suriyada növbəti faciə törədiblər. Hava bömbardımanlarında Deyrəzzurda 60 mülki həlak olub.
İRNA-nın verdiyi məlumata görə, bu gün səhər çağı Amerikanın başçılıq etdiyi koalisiya Suriyanın Deyrəzzur bölgəsinin Əl-Kəşmə, Əl-Şəvit, Əddəvir və Əl-Əşarə ərazilərinə qarşı bombardımanlarda mülkini qırğın ediblər.
Cari miladi ili iyulun 30-da da amerikan koalisiyanın Deyrəzzurda Əl-Bukəmal xəstəxanasına qarşı hücumunda uşaq və qadınlarda daxil altı nəfər həlak olmuşdu, 10 nəfər də yaralanmışdı.
Amerikan koalisiyanın Suriyada mülkiyə qarşı hücumları ilə eyni zamanda Suriya Xarici İşlər Nazirliyi bazar günü Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında iki ayrıca məktub ünvanlayaraq bu koalisiyanın qeyri-qanuni ilduğunu və BMT çərçivəsindən kənar fəaliyyət göstərdiyini bildirmişdi və onun ləğv edilməsini istəmişdi.