Suriya ordusunun yeni uğurları
Suriya ordusu Həmah vilayətində bir neçə kəndi və məntəqəni İŞİD terrorçularının işğalından çıxara bilibdir.
Həmah vilayətindəki Səlba yüksəkliklərində keçirilən bu əməliyyatda çoxlu sayda İŞİD ünsürü ölüb və ya yaralanıbdır.
Digər tərəfdən, suriyalı qüvvələrin səyi ilə Suriya ordusunun 31 hərbçisi, o cümlədən, təyyarəsi son zamanlar İordaniya sərhədi yaxınlığında süqut etmiş bir pilot, terrorçuların əsirliyindən azad edilibdir.
Həmçinin Suriya Qırmızı Aypara Cəmiyyətinin bir avtomobili müqavimət əsiri Əhməd Mətuqu təhvil almaq üçün Suriyanın şərqindəki Diyrəzzur vilayətinə daxil olubdur.
Belə bir halda, İŞİD terrorçularından və onların ailələrindən ibarət bir karvan silahları təhvil verdikdən sonra Diyrəzzur səmtinə hərəkət edib.
İŞİD terror qrupunun Suriyanın müxtəlif məntəqələrindəki vəziyyətinin daha da ağırlaşması ilə terrorçular Suriya ordusu qüvvələrinin şərtlərini qəbul edərək, Suriyanın şərqindəki Diyrəzzur vilayətinə köçürülməklə razılaşıblar.