Putin: Deyruz-Zurun mühasirəsinin yarılması Suriyanın tam azadlığı istiqamətində bir addımdır
Rusiya prezidenti Vladimir Putin Suriya prezidenti Bəşşar Əsədə müraciətində Deyruz-Zurun üç illik mühasirəsinə son qoyulması və İŞİD terror qruplaşmasının bu bölgədə məğlubiyyəti münasibəti ilə onu təbrik edib və bildirib: Bu uğur Suriyanın terrorçuların işğalından tam azad edilməsi istiqamətində önəmli addımdır.
İRNA-nın məlumatına görə, Putin müraciətində həmçinin Deyruz-Zur şəhərinin mühasirəsinin yarılması üçün rus və suriyalı hərbi komandanları təbrik edib və bu qələbəni önəmli və strateji qiymətləndirib.
Suriya ordusunun Deyruz-Zur vilayətində İŞİD-in işğalında olan bölgələrə hücumu ilə yanaşı Rusiya bu qruplaşmanın mərkəzlərini qanadlı raketlərlə atəşə tutub.
Rusiya Müdafiə Nazirliyi bildirib: Deyruz-Zurda İŞİD terror qruplaşmasının mərkəzləri Aralıq dənizində Admiral Essen hərbi gəmisindən raketlərlə atəşə tutulub.
Çərşənbə axşamı günü Suriya ordusu və müqavimət qüvvələrinin Deyruz-Zur şəhərinin qərbində 137-ci batalyonun qərargahına girməsi ilə bu şəhərin üç illik mühasirəsi tamamilə yarılıb.