Suriya ordusu Deyrəzzurda
-
Suriya ordusu Deyrəzzurda
Suriya ordusu və müqavimət qüvvələri Deyrəzzurun mühasirəsini yardıqdan sonra, indi də şəhərin ən mühüm və strateji məkanlarından olan hərbi hava bazasına doğru irəliləməyə başlayıblar. Hər gün daha artıq itki verən terrorçular isə son çarəni qaçmaqda görürlər.
Suriya ordusu Deyrəzzrun cənub hissəsinin terrorçulardan təmizlənməsi əməliyyatını davam etdirir. Ordu qüvvələri Səxnədən Deyrəzzura gedən şose yolunun sonuna doğru irəliləyir və terrorçuların mövqelərinə zərbələr endirir.
Suriyalı hərbçilərdən biri deyir: “Dörd bir istiqamətdən terrorçuların mövqeləri və bunkerlərinə zərbələr endirərək, bütün məntəqələri terrorçulardan təmizləməyə çalışırıq”.
Ordu və müqavimət qüvvələri Deyrəzzurun hərbi hava bazasına doğru irəliləyərək, bu hərbi bazanın mühasirəsini yarmaq və onu azad etməyə çalışırlar. Terrorçular isə, məğlubiyyətin yaxın olduğunu görərək, kamikadze hücumlarına üz tutublar.
Bomba ilə dolu bir yük maşınından istifadə edən terrorçular Kəvacib və Şölə məntəqələrini birləşdirən körpünü partladıblar. Onlar bu hərəkətlə ordu və müqavimət qüvvələrinin Deyrəzzura doğru irəliləməsinə mane olmağa çalışıblar. Amma, onların bu cəhdi də uğursuz alınıb.
Suriyalı hərbçilərdən biri deyir: “ Terrorçuların hücumları Kəvacib məntəqəsinin azad edilməsinə mane ola bilmədi. Hazırda Deyrəzzurun hərbi hava bazasına doğru irəliləyirik. Bu baza Deyrəzzur şəhərinin terrorçulara qarşı müqavimətində açar rol oynayır.”
Bu uğurlu əməliyyatların ardınca Suriya hökuməti Deyrəzzur sakinlərinə 40 yük maşını ərzaq və humanitar yardım göndərib.
Suriyalı hərbçilərdən biri quru yolu ilə Deyrəzzur sakinlərinə yardımın çatdırılmasını terrorçular və onları himayə edənlər üzərində böyük qələbənin nişanəsi adlandırıb: “Mühasirədə olan Deyrəzzur əhalisinə quru yolu ilə ərzaq və dərman çatdırılması, bizim terrorçular və onların himayədarları üzərindəki böyük qələbəmizin nişanəsi sayılır”.
Terrorçuların öz mövqelərini bir-bir itirmələri və onların qaçmağa çalışmaları ilə artıq İŞİD-in məğlubiyyət sədası daha artıq yüksəlməyə başlayıb.