Sen 08, 2017 17:46 Asia/Baku
  • Diyrəzzurda onlarla terrorçu məhv edilib

Rusiyanın müdafiə nazirliyi rus qırıcıların Suriyanın şərqində yerləşən Diyrəzzur məntəqəsinə qarşı hücumlarında onlarla İŞİD üzvünün məhv edilməsindən xəbər verib.

IRNA-nın məlumatına görə, Rusiyanın müdafiə nazirliyi bu gün bildirib ki, Tacikistan vətəndaşı olan İŞİD-in müharibə naziri Golmorad Rəhimov Suriyanın şərqində yerləşən Diyrəzzur məntəqəsində İŞİD-in qərargahının bombardman edilməsi zamanı 44 terrorçu ilə yanaşı məhv edilib.

Rusiyanın müdafiə nazirliyinin bildirdiyinə görə, rus hərbi təyyarələr İŞİD-in Diyrəzzurda yerləşən bir neçə qərargahını hədəfə alıblar.

Təsdiq olunmuş məlumatlara əsasən, terrorçuların cəzb olunaraq, İŞİD-in təlim düşərgələrinə köçürülməsi sahəsində bu qrupun maliyyə məsələləri üzrə məsul şəxsi, Ərəbistan vətəndaşı Əbu Muhəmməd Əlşumali Diyrəzzur məntəqəsində öldürülmüş İŞİD başçılarındandır.

Suriyada böhran bu ölkənin prezidenti Bəşşar Əsədin qanuni hökumətini devirmək məqsədilə Ərəbistan və Amerikanın və onların Türkiyə daxil olmaqla müttəfiqlərinin himayəsi altında olan terror qruplarının geniş hücumları ilə 2011-ci ildən başlanıb.

Teqlər