Feysəl Əlmiqdad: ABŞ İŞİD-ə dəstək verir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i281967-feysəl_Əlmiqdad_abŞ_İŞİd_ə_dəstək_verir
Suriya xarici işlər nazirinin müavini bildirib ki, İŞİD terror qrupu Vaşinqtonun himayələri ilə Suriya şəhərlərini işğal edirdi. O, vurğulayıb ki, Amerika Suriyanın düşmənidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 11, 2017 07:19 Asia/Baku
  • Feysəl Əlmiqdad: ABŞ İŞİD-ə dəstək verir
    Feysəl Əlmiqdad: ABŞ İŞİD-ə dəstək verir

Suriya xarici işlər nazirinin müavini bildirib ki, İŞİD terror qrupu Vaşinqtonun himayələri ilə Suriya şəhərlərini işğal edirdi. O, vurğulayıb ki, Amerika Suriyanın düşmənidir.

Feysəl Əlmiqdad dünən gecə Livanın Əlməyadin telekanalı ilə müsahibədə qeyd edib ki, amerikanlar terrorçulara dəstək istiqamətində Suriyanın infrastrukturlarını dağıtdılar.

Suriya xarici işlər nazirinin müavini əlavə edib: Yaxşı olardı ki, amerikalılar özləri Suriyadan çıxsınlar, əks halda, Dəməşq onlarla işğalçı düşmən kimi rəftar edəcəkdir.

Feysəl Əlmiqdad Diyrəzzur döyüşünə də toxunub: Amerikanın İŞİD ünsürlərinə verdiyi dəstəklər onların Diyrəzzura çatmalarına bais olmuşdu.

Ötən çərşənbə axşamı günü Suriya ordusu və müqavimət qüvvələrinin Suriyanın şərqindəki Diyrəzzur şəhərinin qərbində yerləşən 137-ci diviziyanın qərargahına daxil olmaları ilə, bu şəhərin İŞİD terror qrupu tərəfindən üç ildən çox sürmüş mühasirəsi tamamilə sındırıldı.

Suriya xarici işlər nazirinin müavini bildirib ki, Diyrəzzur Suriyanı İraqa qovuşduran strateji bir məntəqədir və Amerika Suriya ilə İraqın bir-biri ilə əlaqəyə malik olmasını istəmir.

Feysəl Əlmiqdad həmçinin İran, Livan Hizbullahı və Rusiyanın terrorizm ilə döyüşdə Suriyanı himayə etmələrinə işarə edərək, deyib ki, Dəməşq İran, Livan Hizbullahı və Rusiyaya təşəkkür edir.