Sen 20, 2017 18:09 Asia/Baku
  • Suriyada terrorçulara qarşı savaş davam edir
    Suriyada terrorçulara qarşı savaş davam edir

Suriyada terrorizm ilə mübarizə Suriya ordusu və müttəfiq qüvvələrin uğurlu əməliyyatları ilə davam edir. Belə ki, Suriya ordusu və müttəfiq qüvvələr Fərat çayından keçərək, Deyrəzzurda İŞİD-in ən önəmli bazası sayılan Həvicessəkər məntəqəsini terrorçuların işğalından azad ediblər.

Suriya və İraqın müqavimət qüvvələrinin birgə əməliyyatı artıq 4 gündür ki, davam edir.

Suriyalı hərbçilərdən biri deyir: “Terrorçuların işini bitirmək üçün burdayıq. Bu torpaqlarda terrorçulara yer yoxdur.”

Vəlfəcr-3 əməliyyatı ilk günlərində çox yaxşı irəliləyişlərə malik olub. Və ötən 3 gündə iki ölkə sərhədlərinin 70 kilometri terrorçulardan təmizlənib.

Bir başqa suriyalı hərbçi bu barədə deyir: “Hamımız əməliyyatın uğurlu olmasından razıyıq, amma, ehtiyatı da əldən vermək olmaz.”

Ötən illərdə terrorçuların oylağına çevrilən və terrorçuların İraq və Suriya arasında gediş-gəliş üçün istifadə etdikləri bu ərazilər indi iraqlı və suriyalı qüvvələrin birləşmə nöqtəsinə çevrilib.

Suriyalı hərbçilərdən biri İraq və Suriyanın ortaq düşmənlərə malik olduğunu deyir: “Bizim düşmənlərimiz ortaqdır. İŞİD-in hücum etdiyi zaman ABŞ-ın baş verənlər qarşısında sükut etməsi və terrorçuları dəstəkləməsini unutmayacağıq.”

Bir başqa suriyalı hərbçi isə deyir: “Biz əl-ələ verməli və düşmənə sübut etməliyik ki, çətin günlərdə bir-birimizi tək qoymayacağıq”.

İraq və Suriya sərhədlərinin böyük bir hissəsinin terrorçuların işğalından azad edilməsi Deyrəzzurun cənubunda terrorçulara qarşı təzyiqlərin artırılmasında önəmli rola malikdir.

 

Teqlər