Sen 22, 2017 21:28 Asia/Baku
  • Suriya ordusu Deyrəzzurda yeni uğurlar əldə edib

Suriya ordusu terrorçulara qarşı hərbi əməliyyatların davamında Deyrəzzurda İŞİD-in son bazasını da məhv etmək üçü Fərat çayının şərq sahilindəki mövqelərini gücləndirməyə başlayıb.

İRİB-nin verdiyi məlumata görə, Suriya ordusu Deyrəzzurun qərbində İŞİD-ə qarşı uğurlu əməliyyat həyata keçirib. Bu əməliyyatlar zamanı İŞİD-ə ağır zərbələr endirilib, Tobeni və Buytiyə kəndləri azad edilib.

Fərat çayının şərq sahilində də ordu qüvvələri Mərat kəndində olan son terrorçuları da öldürüblər. Beləliklə İŞİD terrorçuları Xəşam və Huveycə Səqər məntəqələrində ciddi təqibə alınıblar.

Suriya ordusunun son əməliyyatları nəticəsində İŞİD terrorçuları Deyrəzzurdan qaçmağa başlayıbalr.

Teqlər