Okt 05, 2017 20:07 Asia/Baku
  • Suriya ordusu Deyruz-Zurda irəliləyir
    Suriya ordusu Deyruz-Zurda irəliləyir

Suriya ordusu bölkənin şərq bölgələrində öz irəliləyişlərinin davamında Deyruz-Zur vilayətində İŞİD terrorçularının ən təhlükəli mərkəzlərindən biri əl-Məyadin şəhərinin beş kilometrliyinə çatıblar.

SANA-nın məlumatına görə, Suriya ordusu qüvvələri İŞİD terrorçuları ilə ağır döyüşlərdən sonra Deyruz-Zur-Əl-Məyadin magistralının bir hissəsini nəzarətə götürüblər. 

Əl-Məyadin şəhəri Deyruz-Zur vilayətinin cənub-şərqində yerləşir. 

Məlumatlara görə, Suriya ordusu bu əməliyyatda İŞİD terrorçularına ağır zərbələr endirib və əl-Məyadin şəhəri ətrafında İŞİD-in bir neçə silah anbarı və komandanlıq mərkəzini məhv edib. 

Suriya ordusu ötən gün də İŞİD terrorçularının Kəbacib qəsəbəsinə hücum cəhdini zərərsizləşdirib və çoxlu sayda terrorçunu öldürüb. 

Suriya ordusu və müqavimət qüvələri 5 sentyabrda Deyruz-Zur şəhərinin üç illik mühasirəsinə son qoydular. Neftlə zəngin Deyruz-Zur şəhəri 2014-cü ildən İŞİD terrorçularının işğalında idi və bu şəhər sakinlərinə yardımlar sadəcə yük təyyarələri ilə yüklərin atılması ilə həyata keçirilirdi. 

Teqlər