Okt 08, 2017 20:36 Asia/Baku
  • S.H.Nəsrullah: Amerika İŞİD ilə mübarizəyə mane olur
    S.H.Nəsrullah: Amerika İŞİD ilə mübarizəyə mane olur

Livan Hizbullahının baş katibi vurğulayıb ki, amerikanlar İŞİD ilə müharibəyə mane olurlar və Amerikanın hava qüvvələri Suriyanın bəzi məntəqələrində bu ölkənin ordusu və onun müttəfiqlərinə irəliləyiş icazəsi vermirlər.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bu gün axşam ötən həftə Suriyada şəhid edilmiş iki müqavimət şəhidinin anım mərasimində müqavimət şəhidlərinin yüksək dərəcələrini yad edərək, deyib: Məhz şəhidlərin qanları qələbələr yaradıb və qələbələr yaradacaqdır və şəhidlər elə bir meydanda şəhid olublar ki, İŞİD-in məhvinədək o mövcud olacaqdır.

Livan Hizbullahının baş katibi söyləyib: İŞİD bu gün təkcə Suriyanın Diyrəzzur şəhərinin bir hissəsində fəaliyyət göstərir və İŞİD-in Suriya və Livandakı məğlubiyyətlərinə rəğmən, Amerika hələ də İŞİD-in ömrünün uzun olmasını istəyir.

Teqlər