Suriya ordusunun yeni nailiyyətləri
https://azeri.sahartv.ir/news/qərbi_asia-i284669-suriya_ordusunun_yeni_nailiyyətləri
Suriya ordusu bölmələrinin Fərat çayının şərq sahilində İŞİD terrorçularını məhv etmək istiqamətindəki irəliləyişlərinin davamında bu ölkənin şərqində yerləşən Əlməyadin şəhərindən yeni məntəqələr təkfirçi ünsürlərin işğalından azad edilibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 08, 2017 17:15 Asia/Baku
  • Suriya ordusunun yeni nailiyyətləri
    Suriya ordusunun yeni nailiyyətləri

Suriya ordusu bölmələrinin Fərat çayının şərq sahilində İŞİD terrorçularını məhv etmək istiqamətindəki irəliləyişlərinin davamında bu ölkənin şərqində yerləşən Əlməyadin şəhərindən yeni məntəqələr təkfirçi ünsürlərin işğalından azad edilibdir.

Suriya ordusunun bölmələri öz müttəfiqlərinin həmkarlığı ilə bu gün Diyrəzzurdan cənub-şərqdə yerləşən Əlməyadin şəhərində tarixi Əlrəhbə qalasını, Əlşəbəli tarlalarını, Əlhal bazarını və bu şəhərin cənub-qərbində yerləşən taxıl anbarlarını öz nəzarətlərinə ala biliblər.

Bu məlumata görə, Suriya ordusunun əməliyyatında çoxlu sayda İŞİD terrorçusu, o sıradan onlarla kamikadze öldürülüb və bomba qoyulmuş üç avtomobil məhv edilibdir.