Suriya ordusu ölkənin şərqində irəliləyir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i285442-suriya_ordusu_ölkənin_şərqində_irəliləyir
Suriya ordusu terrorçu qruplara qarşı əməliyyatlarının davamında cənubdan Deyrəzzur vilayətinin sərhədlərinə gəlib-çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 19, 2017 12:59 Asia/Baku
  • Suriya ordusu ölkənin şərqində irəliləyir
    Suriya ordusu ölkənin şərqində irəliləyir

Suriya ordusu terrorçu qruplara qarşı əməliyyatlarının davamında cənubdan Deyrəzzur vilayətinin sərhədlərinə gəlib-çatıb.

Əl-Minar telekanalının verdiyi məlumata görə, Suriya ordusu İŞİD terrorçuları ilə ağır toqquşmalardan sonra onların Deyrəzzurun cənubundakı qərargahını hədəfə alıb və İŞİD üzvlərini bu bölgədən geri oturdub. 

Həmçinin Suriya ordusu Deyrəzzur və Əl-Məyadin arasınd əlaqə bölgəsini öz nəzarətlərinə alıblar. Eyni zamanda Suriya televiziyası bildirib ki, Suriya prezident qvardiyasının komandanı Üsam Zəhrəddin Deyrəzzurda Həvizə Səkər bölgəsində minaya düşərək həlak olub. 

Deyrəzzur vilayəti 3 ildir Suriya ordusu ilə İŞİD terrorçuları arasında gərgin toqquşmaların şahididir. 2017-ci il sentyabrın 5-də Suriya ordusunun Deyrəzzurun qərbinə daxil olmaları nəticəsində bu şəhərin 3 illik mühasirəsi yarıldı.