Okt 24, 2017 19:03 Asia/Baku
  • Suriyada İŞİD-in silah anbarında modern silah aşkar edilib
    Suriyada İŞİD-in silah anbarında modern silah aşkar edilib

Suriyanın Əl-Məyadin şəhərinin azad edilməsi üzrə əməliyyat komandanı İŞİD-in bu şəhərdəki silah anbarlarından birində yeni və modern bir silahın aşkar edilməsindən xəbər verib.

Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Əlməyadin şəhərinin azad edilməsi üzrə əməliyyat komandanı Süheyl Həsən deyib: Bu silahlar Şimali Atlantika Alyansı NATO-nun ən yeni silahlarıdır və sadəcə Amerika, Belçika və Britaniyada istehsal edilir.

Əl-Əhd internet portalının verdiyi məlumata görə, İŞİD terror qruplaşmasının 3 komandanı ailələri ilə birlikdə Suriyanın Deyrəzzur vilayətindən qaçıb. Daxil olan məlumatlara görə, bu 3 terrorçu cənub-şərq istiqamətindən Deyrəzzur vilayətini tərk edərək, kürd yaraqlıların nəzarəti altında olan Rəqqə vilayətinə  daxil olublar.

Suriyalı qüvvələr sentyabrın 5-ndə Deyrəzzurun qərbinə daxil olaraq, bu şəhərin 3 illik mühasirəsinə son qoyublar.

Teqlər