Noy 03, 2017 13:28 Asia/Baku
  • Suriya ordusu Diyrəzzur şəhərini İŞİD-in işğalından azad etdi
    Suriya ordusu Diyrəzzur şəhərini İŞİD-in işğalından azad etdi

Frans-Press dünən gecə təcili bir xəbərdə bildirib ki, suriyalı müxaliflərin tabeliyində olan və Londonda yerləşən Suriya insan haqları gözətiçisi təşkilatı bildirib ki, Suriya ordusu strateji Diyrəzzur şəhərini İŞİD-in işğalından azad edib.

Bundan öncə Suriyadakı yerli mənbələr bildirmişdilər ki, Suriyanın ordusu və silahlı qüvvələri müqavimət qüvvələrinin dəstəyilə cümə axşamı günü Diyrəzzur şəhəri məhəllələrinin azad edilməsi əməliyyatının davamında yeni məntəqələri təkfirçi-terrorçu İŞİD qrupundan geri alıblar.

Suriya ordusunun bölmələri Diyrəzzur şəhərinin mərkəzində yerləşən ümumi parkı və Əlnur xəstəxanasını İŞİD-in işğalından azad və bu şəhərin qədim terminalına doğru hərəkət edə biliblər.
Suriya ordusu və müqavimət qüvvələri ötən bir neçə gün ərzində də Əlhəmidiyyə, Ələrzi və Əlmətarulqədim məhəllələrini İŞİD ünsürlərindən təmizləmişdilər.

Suriya ordusu 2017-ci il oktyabrın 14-də də Diyrəzzurun şimalında yerləşən Əlsalihiyyə kəndinə yiyələnərək, İŞİD terrorçularının bütün tədarük yollarını bağlayıb və İŞİD terror qrupunu bu şəhərin şərq məhəllələrində mühasirə etdi.

Hazırda İŞİD-in Diyrəzzur vilayətindəki yeganə bazası İraq sərhədlərinin yaxınlığında yerləşən Əlbukamal şəhəridir ki, Suriya ordusu və müqavimət qüvvələri onun əlli kilometrliyində yerləşirlər.

 

Teqlər