Noy 05, 2017 10:56 Asia/Baku
  • Diyrəzzur partlayışında azı yüz nəfər həyatını itirib

Bomba qoyulmuş bir avtomobilin Syriyanın şərqində yerləşən Diyrəzzur vilayətində partlaması azı yüz nəfərin həyatına son qoyub.

Dünən gecə Fərat çayının şərqindəki “Cədidə Əkidat” məntəqəsində baş vermiş bu terror partlayışında onlarla nəfər də yaralanıbdır.

Yerli mənbələr bildiriblər ki, bu avtomobil Diyrəzzur şəhərindəki didərginlər toplusunda partlayıbdır.

Şahidlərin verdikləri məlumatlara görə, partlayışın şiddəti çox yüksək olub, belə ki, onun səsi Diyrəzzur şəhərinin əksər nöqtələrində eşidilibdir.
Əlməyadin telekanalı bildiribdir ki, İŞİD terror qrupunun ünsürləri bu avtomobildə bomba quraşdırıbmışlar.

Suriya ordusu cümə axşamı günü gecə strateji Diyrəzzur şəhərini İŞİD terror qrupunun işğalından çıxarıbdır.

 

 

 

 

Teqlər