Bukamal İŞİD-in işğalından azad olundu
-
Bukamal İŞİD-in işğalından azad olundu
Suriya ordusu və müqavimət mehvərinin qüvvələri çərşənbə gecə Deyruz-Zur vilayətində Bukamal şəhərini İŞİD terror qruplaşmasının işğalından azad ediblər.
Press TV-nin məlumatına görə, Bukamal şəhəri İraq və Suriyanın birgə sərhədi yaxınlığında Fərat çayının kənarında yerləşir və İŞİD-in Suriyadakı son bazası hesab olunurdu.
Bukamalın azad olunması ilə İŞİD terrorçuları Deyruz-Zur və Homs vilayətlərinin ətrafkındakı çöllüklərlə məhdudlaşacaqlar.
İŞİD terror qruplaşması 2014-cü ildə Bukamalı işğal etmişdi.
Suriyada böhran 2011-ci ildə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin regionun proseslərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə terror qruplaşmalarının irimiqyaslı hücumları ilə başlanıb. Suriya qüvvələri müqavimət qüvvələrinin köməkliyi ilə son aylarda terrorçulara ağır zərbələr endirmişlər.