Noy 15, 2017 10:27 Asia/Baku
  • Suriyanın Deyruz-Zuru minadan təmizləndi
    Suriyanın Deyruz-Zuru minadan təmizləndi

Rusiyanın Suriyada Atəşkəsə Nəzarət Mərkəzinin rəhbəri çərşənbə axşamı günü Deyruz-Zur şəhərinin minadan təmizlənməsi əməliyyatının başa çatdığını bildirib.

İRNA-nın məlumatına görə, Suriyanın Hmeymim bazasında yerləşən nəzarət mərkəzinin rəhbəri Sergey Kuralenko deyib: Deyruz-Zurun minadan təmizlənməsi əməliyyatında iştirak edən qüvvələr bu şəhərin 1238 hektar ərazisi və 246 küçəsini minadan və partlayıcı maddələrdən təmizləyiblər. 

Kuralenko əlavə edib: Bu əməliyyat zamanı 45 mindən çox partlayıcı vasitə aşkarlanıb və zərərsizləşdirilib. 

Suriya ordusu cümə axşamı 2 noyabrda strateji Deyruz-Zur şəhərini İŞİD terror qruplaşmasının işğalından azad edib. 

Rusiya qüvvələri bazar günü də Deyruz-Zur vilayətinin cənubunda azad edilmiş Bukamal şəhərinin minadan təmizlənməsinə başlayıblar. 

Teqlər