Deyrozzurda çoxlu miqdarda ABŞ və sionist rejim silahı aşkar edilib
Noy 26, 2017 10:37 Asia/Baku
-
Deyrozzurda çoxlu miqdarda ABŞ və sionist rejim silahı aşkar edilib
Suriya ordusu dünən bu ölkənin şərqində yerləşən Deyrozzur şəhərində Amerika və sionist rejimin istehsalı olan çoxlu miqdarda silah-sursat və partlayıcı maddə aşkar etdiyini bildirib.
İRİB-in verdiyi məlumata görə, Suriya ordusu bildirib ki, deyilən silah-sursat Deyrozzur şəhərinin küçələrinin təmizlənilməsi əməliyatında aşkar edilib.
Suriya ordusu noyabrın 2-də strateji əhəmiyyətə malik olan Deyrozzur şəhərini İŞİD terror qrupunun işğalından azad etdi.
Suriya ordusu öncə də bu ölkənin İŞİD-in nəzarətində olan bölgələrində dəfələrlə Amerika və sionist rejimin eləcə də qərb ölkələrin istehsalı olan silahlar aşkar etmişdi.