Dek 07, 2017 11:02 Asia/Baku
  • Suriya və müttəfiqləri İŞİD-i Fərat çayının sahilindən qovmağı bacarıblar
    Suriya və müttəfiqləri İŞİD-i Fərat çayının sahilindən qovmağı bacarıblar

Suriyanın Müdafiə Nazirliyi müttəfiq qüvvələrin köməyi ilə Deyrəzzur şəhərinin şərqində Fərat çayının bütün sahillərinin İŞİD terrorçularından təmizləndiyini bildirib.

İRİB-nin verdiyi məlumata görə, Suriyanın Müdafiə Nazirliyi bir bəyanat yayaraq, bildirib: Suriya ordusu Fərat çayının sahilində terrorçuların nəzarəti altında olan son kəndləri də azad edərək, Deyrəzzur - Əlməyadin - Bukəmal şose yolunun təhlükəsizliyini tam şəkildə təmin edib. 

Suriya ordusu və müttəfiq qüvvələrin Deyrəzzurun şərqində həyata keçirdikləri əməliyyat zamanı çoxlu sayda İŞİD terrorçusu öldürülüb və terrorçulara məxsus onlarla zirehli maşın, tank və ağır artilleriya məhv edilib. 

Bu əməliyyat zamanı çoxslu sayda hərbi sursat, bir neçə ədəd tank, piyadanın döyüş maşını və iriçaplı toplar aşkar və zəbt edilib. 

Suriya Müdafiə Nazirliyinin bildirdiyinə görə, terrorçular Fərat çayının qərbində, səhralıq ərazidə müqavimət qüvvələrinin tam mühasirəsindədirlər və tezliklə bu məntəqə də terrorçulardan təmizlənəcək və Suriyanın şərqində İŞİD-in kökü qurudulacaq. 

Teqlər