Suriyada bir qrup terrorçu öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i293825-suriyada_bir_qrup_terrorçu_öldürülüb
Suriya ordusunun Homs vilayətində ağır artilleriya hücumunda bir qrup terrorçu öldürülüb və ya yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 28, 2018 08:52 Asia/Baku
  • Suriyada bir qrup terrorçu öldürülüb
    Suriyada bir qrup terrorçu öldürülüb

Suriya ordusunun Homs vilayətində ağır artilleriya hücumunda bir qrup terrorçu öldürülüb və ya yaralanıb.

Əl-Aləm televiziyasının məlumatına görə, Homsun şimalında əl-Qəntu bölgəsinə edilən hücumda Ən-Nüsrə Cəbhəsi terror qruplaşmasının gizli məkanları tamamilə məhv edilib. 

Suriya ordusu hərbçiləri Deyruz-Zurun ətrafında terrorçuların hücumunu zərərsizləşdirib və bir qrup terrorçunu öldürüblər. 

Suriya təxminən yeddi ildir qərb və bəzi region ölkələri tərəfindən dəstəklənən İŞİD və Ən-Nüsrə Cəbhəsi kimi terrorçu və silahlı qrupların iştirakı ilə böhranla üz-üzədir. 

Suriya ordusu və müqavimət qüvvələrniin irəliləyişləri ilə illərdən sonra bu ölkə terrorizm qarşısında tam qələbə ərəfəsindədir.