Bağdadın cənubundakı bir xarici bazaya iki raket atılıb
İraq müştərək hərbi komandanlığı ABŞ qüvvələrinin bir hissəsinin yerləşdiyi Bağdadın cənubundakı bir xarici bazaya iki raketin atılmasından xəbər verib.
İraq müştərək hərbi komandanlığının xəbər qərargahı bu gün bir açıqlamada bildirib ki, bu iki raket dünən gecə yarısı "Məamil Nəhruvan" bölgəsindəki əkin sahələrindən Bağdadın cənubunda yerləşən Bismayəh bazasına atılıb.
Bu açıqlamada həmin hücumdan irəli gələn insan tələfatı və xəsarətinə, həmçinin maddi ziyan və xəsarətlərə işarə olunmayıbdır.
Amerika hərbçilərinin İraqda yerləşən Əltaci hərbi bazası da ötən çərşənbə günü azı on ədəd "Katyuşa" tipli raket atışı hədəfinə çevrildi. Nəticədə bir ingilis hərbçi, həmçinin bir amerikan podratçı və hərbçi öldü, on iki nəfər də yaralandı.
"Əsəbət-əl-Sairin" adlı naməlum bir qrup Amerikanın İraqdakı hərbi mövqelərinə qarşı raket atışları əməliyyatının məsuliyyətini üzərinə götürüb. Bu qrup təhdidlə bildiribdir ki, amerikalı hərbçilərin İraqdan çıxsacaqları günədək bu ölkədəki əcnəbi qüvvələrin mövqelərinə qarşı hücumlarını davam etdirəcək.
Amerika hərbçilərinin İraqdakı iştirakları elə bir halda davam edir ki, İraq parlamenti son zamanlar bir qərarda terrorçu ABŞ qüvvələrinin bu ölkədən qovulmalarını istədi.
BAĞDADIN CƏNUBUNDA BİR XARİCİ BAZAYA 2 RAKET ATILIB