İraq müqaviməti amerikalı hərbçilərin çıxmaları haqda danışıqlar üçün möhlət təyin edib
İraq parlamentinin üzvü deyib: Müqavimət qrupları amerikalı hərbçilərin İraqdan çıxmaları haqdakı qərarın tez bir zamanda icrası barədə hökumət və siyasi cərəyanlar üçün möhlət təyin ediblər.
SəhərAzəri xəbər verir, İraq parlamentində «Sadiqiyyun» fraksiyasının nümayəndəsi Əhməd Əlkənani dünən bildirib ki, əksər siyasi partiyalar amerikalı hərbçilərin İraqdan çıxmalarına səs veriblər və bu ölkənin baş naziri Mustafa Əlkaziminin hökuməti də amerikalı hərbçilərin tez bir zamanda çıxmaları üçün səy göstərməlidir.
Əlhəşduşşəbi qruplarından olan Əlnəcba hərəkatının baş katib müavini Nasir Əlşmiri isə deyib: Amerika İraqda parametrləri dəyişdirməyə qadir deyil və Amerika üçün İraqdan çıxmaq və ya orada qalaraq, öz qüvvələri üçün daha çox tələfata dözməkdən savayı bir seçim yoxdur.
Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymani və İraqda Əlhəşduşşəbi təşkilatının sədr müavini Əbu Məhdi Əlmuhəndisin Bağdad hava limanında Amerikanın terrorçu hökuməti tərəfindən namərdcəsinə terror edilmələrinin ardınca İraq parlamentinin üzvləri yanvarın beşində amerikalı hərbçilərin İraqdan çıxmaları haqda layihə qəbul etdilər.