Yəmən ordusu Məaribin azad edilməsinə daha bir addım yaxınlaşdı
Yəmən mənbələri Yəmən ordusunun və inqilabi xalq komitələrinin (Ənsarullah) istefa verərək qaçmış rejimin kompleksinin yaxınlığında iki yeni bölgəni nəzarətə götürdüklərini və yaxın günlərdə bütün vilayətin azad edilməsi üçün az şey qaldığını bildiriblər.
SəhərAzəri Fars xəbər agentliyinə istinadən xəbər verir, Yəmən mənbələri bu gün (10 dekabr) Yəmən ordusunun və Ənsarullahın Məarib vilayətində (Sənanın şərqindəki) irəlilədiyini elan edib.
Son bir neçə saat ərzində Məarib vilayətində Səna qüvvələri ilə Səudiyyə rejiminə bağlı qüvvələr arasında toqquşmaların şiddətləndiyi vaxtda, Yəmən ordusu vilayətin böyük hissəsini nəzarətə götürüb və xain eks-prezident Əbdürrabbu Mənsur Hadi qüvvələrinin son istehkamına keçməyi bacarıb.
Məlumata görə, Səna qüvvələri Səudiyyə rejiminin koalisiyasının Cəbəl Murad Ma və Məarib şəhəri arasındakı bölgələrdə “ən əhəmiyyətli” mövqelərinə qarşı geniş miqyaslı hücum edərək, istefa vermiş rejimin bu bölgələrdəki mövqelərini tam nəzarətə götürməyi bacarıb.Məarib vilayətindəki hərbi mənbələr, Səna qüvvələrinin Səudiyyə rejiminin koalisiyasının Haid əl-Əhməd bölgəsində olduğu kimi, Rahum bölgəsindəki mövqelərinə qarşı böyük hərbi hücumda koalisiya mövqelərinə tam nəzarəti ələ aldıqlarını bildirirlər.
Məlumata görə, Səna qüvvələrinin bu bölgələrdən istefa vermiş rejimin Məaribdəki kompleksinə yenidən hücum başlatması və neftlə zəngin əyalətə tam nəzarəti elan etməsi gözlənilir.
Xəbərdə, həmçinin Səna qüvvələrinin irəliləməsinin qarşısını almaq üçün Səudiyyə rejiminin koalisiyasının döyüş təyyarələri havadan dəstək versə də, Yəmən ordusu Səudiyyə rejiminin koalisiyasının mövqeləri və buradakı hərbi texnika və qüvvələr üzərində tam nəzarəti təmin etməyi bacardığı bildirilir.