Yan 26, 2021 09:59 Asia/Baku
  • Çin COVID-19-la bağlı faktları niyə gizlədib?

Koronavirusla bağlı həqiqətləri əks etdirən film çəkilib. Çinin nə üçün koronavirus pandemiyasının mövcudluğunu gizlətdiyi sualının cavabı ətraflı olaraq bu sənədli filmdə yer alıb.

 SəhərAzəri 525-ci qəzetə istinadən xəbər verir ki, taclı virus xəbərləri çıxandan bəri müzakirələrin mərkəzində olan Çin, davamlı olaraq koronavirusu niyə gizlətdiyi ilə bağlı gündəmə gəlir. Müzakirələrə səbəb virusun əslində 2019-cu ilin sentyabrından yayılması xəbərləridir. Yəni, bu epidemiya deyildiyi kimi 2020-ci ildə yayılmayıb. Əlbəttə ki, bu əsas problem deyil. Hər kəsin maraqlandığı və müzakirə etdiyi məsələ, Çinin sentyabr ayından bəri bu virusu dünya mətbuatından gizlətməsidir.

Qeyd edək ki,bugünlərdə İngiltərədə nümayiş olunacaq bir sənədli film bizə çox vacib detallar verir. Bu sənədli filmin əsas mövzusu koronavirusun dünyaya necə yayıldığıdır. Ümumiyyətlə, epidemiyanın yayılma sürətinə baxanda Çinin ciddi səhlənkarlıq etdiyi aşkar görünür.

Ümumdünya Səhiyyə Təşkilatına bu virusun yeni bir növ olduğunu bildirməyən Çin, bununla 100 milyon insanın virusa yoluxmasına səbəb olub.Ölkəyə gedib qayıdan turistlər də özləri virusun daşıyıcısı olublar. İlk növbədə, Yaponiya, Cənubi Koreya, Tayland və ABŞ kimi ölkələr bir şəkildə virusa yoluxublar. Səyahətin epidemiyanın yayılmasında ən vacib amil olduğu düşünülür. Yenə də bu sənədli filmdəki təfərrüatlara görə, Çin hökuməti tibb işçilərindən yeni epidemiya barədə danışmalarını qadağan edib.

İngiltərədə nümayiş olunacaq sənədli filmin böyük səs salacağı gözlənilir.

Teqlər