Apr 25, 2021 13:12 Asia/Baku
  • Bağdad xəstəxanasında yanğın 28 koronaviruslu xəstənin həyatına son qoyub

Bağdadda koronavirusa yoluxanların müalicəsi üçün ayrılmış xəstəxanada yanğın baş verib.

SəhərAzəri xəbər verir ki, hadisə Bağdadın "İbn Əl-Xətib" xəstəxanasında baş verib.

Hadisə zamanı 120 xəstədən 28-i ölüb, 50-dən çoxu müxtəlif dərəcədə xəsarət alıb.

Bəzi məlumatlar xəstəxanadakı bir sıra tibb işçilərinin də yaralandığını və öldüyünü göstərir.

Yanğına səbəb tənəffüs cihazının oksigen balonunun partlaması olub. 

Ölən və yaralananların sayının arta biləcəyi istisna edilməyib.

Hadisə ilə əlaqədar İraqda üç gün matəm günü elan edilib. Həmçinin İraq prezidenti Bərhəm Saleh bir bəyanatda, hadisənin dərhal araşdırılmasına və öz səhlənkarlıqları ilə hadisəyə səbəb olanların istintaqa cəlb edilməsinə çağırıb.

Teqlər