Bağdad xəstəxanasındakı partlayışın qurbanlarının sayı artıb
İraqın daxili işlər nazirliyi Bağdaddakı «İbn Əlxətib» xəstəxanasında baş vermiş partlayışın qurbanlarının sayının artmasından xəbər verib.
SəhərAzəri xəbər verir ki, Nazirlik bu gün bildirib ki, oksigen balonunun partlaması nəticəsində Bağdaddakı «İbn Əlxətib» xəstəxanasında baş vermiş ölümcül hadisənin qurbanlarının sayı səksən iki nəfərə, yaralananların miqdarı isə yüz on nəfərə yüksəlibdir. Bundan qabaq ölənlərin sayı iyirmi yeddi, yaralıların miqdarı isə qırx altı nəfər elan olunmuşdu.
İraq prezidenti Bərhəm Salih bir bəyanatda öz səhlənkarlıqları ilə bu hadisəyə bais olmuş şəxslərin məsuliyyətə və istintaqa cəlb olunmalarını istəyib.
İraqın baş naziri «İbn Əlxətib» xəstəxanasında onlarla iraqlının ölməsi və yaralanmasına görə, bu ölkədə üç gün ümumi matəm elan edib.
İranın xarici işlər naziri Bağdadda koronavirusa yoluxanlara məxsus xəstəxanadakı partlayışla bağlı bir müraciətdə İraqın hökuməti və xalqına başsağlığı verib.