Netanyahu üçün böyük məğlubiyyət
Sionist rejim mənbələri bildiriblər ki, Yair Lapidin rəhbərliyi altında olan Netanyahunun müxalifləri, koalisiya hökuməti təşkil etmək üçün razılığa gəliblər və tezliklə nazirlər kabinetinin tərkibi bu rejimin başçısına göndəriləcək.
SəhərAzəri-nin məlumatına əsasən,dünən gecə sionist rejimin baş naziri Benyamin Netanyahunun hökumətin təşkili üzrə möhlətinin başa çatması ilə sionist rejim mediaları bildirdilər ki, «Yeş Atid» partiyasının sədri Yair Lapidin sionist rejimdə nazirlər kabinetinin təşkilinə müştərək ərəb siyahısının qatılmasına razılıq verməsi ilə o, nazirlər kabinetinin yaradılması üzrə lazımi vasitəni əldə etdi və nazirlər kabinetinin siyahısını bu rejimin başçısına təhvil verməlidir.
Sionist rejim mediaları belə bir nazirlər kabinetinin təşkilini on iki il baş nazir olduqdan sonra Benyamin Netanyahunun sonu hesab edirlər.
Koalisiyanı təşkil edən partiyaların hamısı yeni razılaşmanı imzalayıb. Ona əsasən, «Lapid-Benet»/ dövri baş nazirliyi Benyamin Netanyahunun yerini tutacaq və Yair Lapid bir məktubda sionist rejimin başçısına məlumat verəcək ki, yeddi partiyanın razılığı ilə yeni hökumət təşkil edə bilər.
Sionist rejim başçısının ofisi də bildiribdir ki, «Ha-Yamin» və ya «Yeni sağçılar» partiyasının sədri Naftali Benet iki il müddətinə baş nazir, Yair Lapid də əvəzedici baş nazir olacaq.
Belə bir halda, sionist rejimdə fəhlə partiyasının keçmiş sədri İsaak Herzoq dünən bu rejimin parlamenti- knesset-in üzvlərinin 87 səsi ilə sionist rejimin yeni başçısı seçilib.
Ötən iki ildən az bir müddətdə knessetə seçkilərin dördüncü turunun keçirilməsinə rəğmən, Netanyahunun partiyası koalisiya kabineti təşkil edə və sionist rejimi siyasi bir dalandan çıxara bilmədi.