İyun 11, 2021 14:31 Asia/Baku
  • Livanda müxtəlif müqavimət qruplarının görüşü keçirilib

Livanda müxtəlif müqavimət qruplarının iclası keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, «Qüds qılıncı» döyüşü, müqavimət mehvəri ətrafında, Fələstin səhnəsində ümumi vəhdətə səbəb olub. Livanda müxtəlif müqavimət qruplarının iclası ümidverici bir imkan və təşəbbüsdür.

Livan Hizbullahının baş katib müavini Şeyx Nəim Qasim ərəb-islami konfransının üzvlərindən bir qrupunun görüşündə, müqaviməti region xalqlarının müxtəlif cəbhələrdəki böyük qələbələrinin əsas amili adlandırıb və belə deyib:

m.m- Siz müqavimət mehvərinin bir hissəsisiniz. Fələstin xalqının «Qüds qılıncı» döyüşündəki qələbəsi, dünyanın bütün azadlıqsevərləri və müsəlmanlarını müqavimət və Fələstin ətrafında birləşdirdi.

Ərəb-islami konfransın koordinatoru Xalid Səfyani də bu görüşdə müqaviməti səmərəli bir yol adlandırıb və deyib ki;

m.m- Qəzzə müharibəsinin sonunda qələbə və müqavimət bir-birilə birləşdilər. Bu, sionistlərlə əlaqələrini aşkar edən özünü satmış hökmranlar üçün böyük bir dərsdir.

Beyrutda Ənsarullah hərəkatı ilə Yəməndə ictimai olaylar prosesinin araşdırılması iclasında da ibri-səud-amerikan mehvərinin təcavüzkarlıqları ilə mübarizədə real bir meyar kimi, müqavimətin vahid varlığına təkid olundu.

m.m- Səud düşmən, səhvlərlə dolu amerikan analizlə Yəmənin müqavimətli xalqına qarşı savaşa girdi və indi qaçış yolu ardıncadır.

İclas iştirakçıları vurğuladılar ki, məzlum Yəmən xalqının müqavimətinin nəticəsi, bu ölkədə səud-amerikan mehvərinin məğlubiyyəti olacaq.

Teqlər