İşğal olunmuş Fələstin ərazilərində koronavirus tüğyan edir;
Sionist rejim fövqəladə vəziyyət ərəfəsindədir
Sionist rejimin baş naziri bildirib ki, bu rejim koronavirusa yoluxma hallarının artması fonunda fövqəladə vəziyyət elan etmək ərəfəsindədir.
SəhərAzəri-nin məlumatına əsasən, sionist rejimin baş naziri Neftali Bennet bu gün nazirlər kabinetinin iclasında deyib: "İlk dəfə Cənubi Afrikada qeydə alınan koronavirusun yeni variantı çox yoluxucu və deltadan daha təhlükəlidir".
Sionist rejimin baş naziri bildirib ki, bir neçə sionistin yeni növ koronavirusa yoluxması çox üzücüdür.
Bu elə bir haldadır ki, sionist rejim bundan əvvəl vaksinasiya və koronavirusla mübarizə sahəsində lider olduğunu iddia edirdi və bu rejimin sabiq baş nziri bir tvittdə yazıb: "İsrail peyvənd üzrə dünyada çempiondur".
Ümumdünya Səhiyyə Təşkilatı cümə günü gecə Cənubi Afrikada müəyyən edilmiş koronavirusun yeni vaiantına yunan hərfi olan omikron adını verib.
Son xəbərlərə görə, Avropada bir nəfərdə yeni növ koronavirus aşkar edilib, daha bir yoluxma halı da Belçikada qeydə alınıb.