"Florona" xəstəliyi sionist rejim başçılarını dəhşətə gətirib
Yan 01, 2022 20:25 Asia/Baku
Fələstinin işğal olunmuş ərazilərində yeni "Florona" xəstəliyinə ilk yoluxma faktının qeydə alınması sionist rejim başçılarını kəskin şəkildə dəhşətə gətirib.
SəhərAzəri-nin məlumatına əsasən, sionist rejimin "Yediot Ahronot" qəzeti koronavirus və quş qripinin qarışığı olan yeni "Florona" xəstəliyinə ilk yoluxma hadisəsinin qeydə alındığını bildirib.
Məlumata əsasən, bu xəstəlik doğuş üçün "Robin" Tibb Mərkəzinə müraciət edən qadında aşkarlanıb və hazırda o, digər xəstələrdən təcrid olunub.
Bu xəstəlik Fələstinin işğal olunmuş ərazilərində elə bir halda ortaya çıxıb ki, sionist rejimin səhiyyə rəsmiləri cümə axşamı günü Koronavirus vaksininin dördüncü dozasının vurulmasını təsdiqləyiblər.