Müqavimət qüvvələri sionist hərbçilərə tərəf atəş açıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i392932-müqavimət_qüvvələri_sionist_hərbçilərə_tərəf_atəş_açıblar
Fələstinli mənbələr bildiriblər ki, Fələstin müqavimət qüvvələri İordan çayının qərb sahilində yerləşən Nablus şəhərindəki «Beyt-Furik» yoxlama-buraxılış məntəqəsində sionist rejim hərbçilərinə tərəf atəş açıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2022 06:36 Asia/Baku
  • sionist hərbçilər
    sionist hərbçilər

Fələstinli mənbələr bildiriblər ki, Fələstin müqavimət qüvvələri İordan çayının qərb sahilində yerləşən Nablus şəhərindəki «Beyt-Furik» yoxlama-buraxılış məntəqəsində sionist rejim hərbçilərinə tərəf atəş açıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Son vaxtlar sionist rejim ordusunun sözçüsü bildirmişdi ki, sionist hərbçiləri daşıyan bir avtobus İordaniya vadisində atəşə tutulub. Nəticədə yeddi hərbçi yaralanıbdır ki, onlardan birinin vəziyyəti ağır elan olunubdur.

Həmçinin son zamanlar sionist xəfiyyə dairələri bildirmişdilər ki, qərb sahili yeni intifazə astanasındadır və sionist rejim ordusu bu bölgədəki fələstinlilərin əməliyyatları ilə mübarizədə seçimlər böhranı ilə üzləşir.

Habelə Təl-Əvivin hərbi dairələri bu nəticəyə gəliblər ki, fələstinlilərin əməliyyat dalğası genişlənməkdədir və təkcə ötən günlər ərzində müqavimətin altı əməliyyatı keçirilibdir.