Sen 18, 2022 15:34 Asia/Baku
  • PUA
    PUA

Fələstin müqavimət qüvvələri Nablus şəhərinin üzərində sionist rejim ordusunun PUA-sını məhv ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Bir qrup fələstinli döyüşçü bazar günü Nablus şəhərinin şərqində yerləşən Əlbəlatə düşərgəsinin üzərində sionist rejim ordusunun bir ədəd pilotsuzunu aşkar edib və hədəfə alıbdır.

Sionist rejim mənbələri bu xəbəri təsdiq ediblər.

Sionist rejim Fələstin şəhərləri və düşərgələrindəki fələstinli döyüşçülərin geniş müqaviməti qarşısında aciz qaldığına görə, son zamanlar iddia etmişdi ki, hücum PUA-larından istifadə edəcək.

Digər tərəfdən, Fələstin müqavimət döyüşçüləri bir daha Ceninin şimalında yerləşən Əlcəmlə yoxlama-buraxılış mərkəzini əldəqayırma qumbara ilə hədəfə alıblar.

 

Teqlər