Fev 15, 2023 12:53 Asia/Baku
  • Türkiyə və Suriya zəlzələsində ölənlərin sayı 40 mini ötüb

Rəsmi statistikaya görə, ötən həftə Türkiyə və Suriyada baş vermiş fəlakətli zəlzələ nəticəsində qırx mindən çox insan həyatını itirib.

SəhərAzəri-nin məlumatına əsasən, Fevralın 6-da 7,8 bal gücündə dağıdıcı zəlzələ Türkiyəni silkələdi. Zəlzələ o qədər güclü idi ki, Qərbi Asiyanın digər ölkələri, o cümlədən Suriya da bundan ciddi zərər çəkdi. Zəlzələnin ilk episentri Türkiyənin “Kahramanmaraş" şəhəri elan edildi. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin qərargahında çıxışı zamanı bu ölkədə baş verən ölümcül zəlzələ nəticəsində ölənlərin sayının 35 min 418 nəfərə çatdığını bildirib. Bu günə qədər 105 min 505 yaralı qeyd alınıb. 

Suriyada isə 5,800-dən çox insanın öldüyünü bildirilir.

Teqlər