Yəmən xalqı xunta rejim İsrailin təcavüzü əleyhinə etirazlara qalxdı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i412997-yəmən_xalqı_xunta_rejim_İsrailin_təcavüzü_əleyhinə_etirazlara_qalxdı
Paytaxt Sənada əhali meydanlara axışaraq sionist rejimin Hudeydəyə etdiyi hava hücumunu pisləyən kütləvi mitinq keçirərək xunta rejim əleyhinə nifrət dolu şüarlar səsləndiriblər.
(last modified 2024-07-21T08:35:37+00:00 )
İyul 21, 2024 12:34 Asia/Baku
  • Yəmən xalqı xunta rejim İsrailin təcavüzü əleyhinə etirazlara qalxdı

Paytaxt Sənada əhali meydanlara axışaraq sionist rejimin Hudeydəyə etdiyi hava hücumunu pisləyən kütləvi mitinq keçirərək xunta rejim əleyhinə nifrət dolu şüarlar səsləndiriblər.

Məlumata görə, mitinqə toplaşan əhali bir daha Fələstin xalqının yanında olduqlarını təkidlə vurğulayıblar.

Xatırladaq ki, Ənsarullah Hərəkatının siyasi ofisi Yəmənin sionist rejimin hücumuna qəti cavab tədbirinin olacağını elan etmişdi.

“Qeyri-hərbi limana edilmiş hücum sionist rejiminə heç bir şey qazandırmayacaq”-hərəkatın siyasi ofisi qeyd edib

Həmçinin, Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri ötən gecə verdiyi açıqlamada bildirib ki, biz düşmən İsrailin mühüm hədəflərinə hücum etməkdən çəkinməyəcəyik.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü xunta rejimin hücumuna mütləq cavab veriləcəyinə təkid edib.

 “İşğal olunmuş Yaffa rayonu təhlükəli ərazi olacaq”-Yəhya Səri əlaavə edib.

O, daha sonra vurğulayıb ki, Silahlı qüvvələr və Yəmən xalqı Qəzzəyə təcavüz dayandırılana və Qəzzanın blokadası aradan qırılana qədər düşmənlə uzunmüddətli müharibəyə daim hazır olacaq.