Avq 08, 2024 16:31 Asia/Baku
  • Yəmən qüvvələri 1 gəmi və 2 Amerika esminesini hədəfə alıblar

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Qırmızı dənizdə üç hərbi əməliyyat keçirdiklərini, 1 gəmi və 2 Amerika esminesini hədəfə aldıqlarını açıqlayıb.

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi briqada generalı Yəhya Səri bəyanat yayaraq, Yəmən Silahlı Qüvvələrinin Qırmızı dənizin şimalında 3 hərbi əməliyyat həyata keçirdiyini açıqlayıb.

Yəhya Səri əməliyyatların birində çərşənbə günü Qırmızı dənizdə “CONSTSHIP ONO” gəmisinin bir neçə ballistik raket və pilotsuz təyyarə ilə dəqiq hədəfə alındığını bildrib və əlavə edib: "Gəmi, işğal olunmuş Fələstinin limanlarına getməklə bağlı qaydaları pozaraq, Qırmızı dənizdə Fələstindəki limanlara doğru hərəkət edirdi".

Yəhya Səri həmçinin bildirib ki,  ikinci əməliyyatda Amerikanın “Cole” esminesi Ədən körfəzində bir neçə pilotsuz təyyarə ilə hədəfə alınıb və əməliyyat uğurla həyata keçirilib.

Onun sözlərinə görə, üçüncü əməliyyatda Amerikanın “Laboon” esminesi də bir neçə ballistik raketlə hədəfə alınıb.

Sözçü, bu iki esminesin İsrail düşməninə Amerikanın hərbi mühafizəsini təmin etmək çərçivəsində Yəmən silahlı qüvvələrinin Qırmızı dənizin şimalı istiqamətində əməliyyatlar bölgəsini keçərkən hədəfə alındığını qeyd edib.

Yəhya Səri həmçinin deyib: "Yəmən  Silahlı Qüvvələri ABŞ-ın İsrail rejiminə dəstək məqsədi daşıyan istənilən dəniz hərəkətlərini düşmən hərəkətlər hesab edir və mövcud imkanlardan istifadə edərək bu hərəkətləri hədəfə almaqdan çəkinməyəcək".

Səri bəyanatın sonunda bütün ərəb və müsəlman xalqlarını Amerikanın hərbi hərəkətləri ilə mübarizə aparmaq və İsrail düşməninə hər cür dəstəyi rədd etmək üçün əməli addımlar atmaqla, Fələstini, Qəzzəni və şəhid lider İsmayıl Həniyyəni dəstəkləməyə çağırıb.

Teqlər