Avq 24, 2024 15:51 Asia/Baku
  • Yəmən ordusu Yunan gəmisinin hədəfə alındığı görüntüləri yayımlayıb

Yəmən ordusu Qırmızı dənizdə Yunan gəmisinin hədəfə alındığı əməliyyatın görüntülərini yayımlayıb.

“Əl-Məsirə” telekanalı Yəmən ordusunun “SOUNION” adlı yunan gəmisinin Qırmızı dəniz sularında işğal edilmiş Fələstin ərazilərinə gedilməsməsi üçün tətbiq edilmiş qadağalara məhəl qoymadığına görə hədəfə alındığı görüntüləri yayımlayıb.

Yəmən silahlı qüvvələri bundan öncə “SOUNION” adlı gəminin düşmən sionist rejimi ilə həmkarlıq edən gəmi şirkətinə mənsub olduğu üçün hədəfə alındığını elan etmişdi. Qeyd edək ki, hazırda gəminin  aldığı zərbələr səbəbilə batdığı bildirilib.

Xatırladaq ki, Yəmən silahlı qüvvələri ötən cümə günü işğal altında qalan Fələstin ərazilərində yerləşən limanlara girişinə qadağan qoyulması haqda bir daha verdiyi bəyanatda elan edib ki, tətbiq edilmiş qaydaları pozan hər bir şirkətin gəmiləri məhvedici zərbələrə tuş gələcəkdir.

Bundan əlavə Yəmən qüvvələri Hind okeanı, Qırmızı dəniz, Ədən körfəzində üzən gəmilərin idarəetmə mərkəzlərinə  bir daha ciddi xəbərdarlıq edərək bildirib ki, tətbiq edilmiş qadağalara diqqət yetirilməli və bu mövzuda hər hansı informasiyaların manipulyasiyasına yol verilməməli, əks təqdirdə isə Yəmən silahlı qüvvələrin hədəfinə çevriləcəkdir.

 

Teqlər