Yəməndə milyonlarla insan Qəzzə və Livana dəstək yürüşü keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i415073-yəməndə_milyonlarla_insan_qəzzə_və_livana_dəstək_yürüşü_keçirib
Yəməndə milyonlarla insan cümə günü paytaxt Sənada və digər 14 əyalətdə Qəzzə və Livana dəstək yürüşü keçirib.
(last modified 2024-10-05T06:54:12+00:00 )
Okt 05, 2024 10:44 Asia/Baku
  • Yəməndə milyonlarla insan Qəzzə və Livana dəstək yürüşü keçirib

Yəməndə milyonlarla insan cümə günü paytaxt Sənada və digər 14 əyalətdə Qəzzə və Livana dəstək yürüşü keçirib.

Yəmənin dövlət televiziyası bu barədə bildirib: Milyonlarla yəmənli bu yürüşdə iştirak edərək, sionist rejimin Qəzzədə Fələstin xalqına qarşı törətdiyi cinayətləri, o cümlədən soyqırım, qırğın, mühasirə və aclıq kimi cinayətləri qarşısında ərəb və İslam ölkələrinin susqunluğunu pisləyən şüarlar səsləndiriblər.

Nümayiş iştirakçıları İranın işğalçıların Fələstin və Livan xalqlarına qarşı vəhşicəsinə cinayətlərinə  və müqavimət liderlərinin hədəf alınmasına cavab olaraq, sionist düşmənə qarşı həyata keçirdiyi misilsiz əməliyyatı və bu rejimin hərbi bazalarını hədəfə almasını təbrik ediblər.

Yəmənli etirazçılar, həmçinin şəhid Nəsrullahın hər zaman sadiq qaldığı cihad yolunu tərk etməyəcəklərini bildiriblər.