Şeyx Nəim Qasim:
Seyid Həsən Nasrullahın nəsilləri vilayət xəttindədirlər
Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim Hizbullah gənclərinə xitabən deyib: “Siz Seyidin nəsilləri olaraq vilayət xəttində, İmam Xameneinin rəhbərliyi altında yer alırsınız".
Əl-Mənar telekanalının verdiyi məlumata görə, Şeyx Nəim Qasim Beyrutda keçirilən “Seyidin nəsilləri” adlı böyük toplantıda çıxış edərək, bildirib: “Siz həyat yolunuzu və seçiminizi müəyyən edən bir bayrağın daşıyıcılarısınız. Siz Allahın itaətində və İmam Zamanın (ə.c) zühurunu gözləməkdə sabitqədəm qalmısınız. Siz küfrə və təcavüzə qarşı mübarizə aparmaq üçün yetişdirilmisiniz və müqavimət yolundasınız".
Livan Hizbullahının baş katibi əlavə edib: "Siz bu gün ən pak səhnələrdə yer alırsınız və gələcəyiniz parlaqdır".
Bu gün Livanın paytaxtı Beyrutda Seyid Həsən Nasrullahın nəsilləri adı altında yetmiş mindən çox skaut gəncin iştirakı ilə böyük bir toplantı keçirilib. Bu misilsiz tədbirdə Həzrət Məhdinin skautları şəhid Seyid Həsən Nasrullah və digər müqavimət şəhidlərinin yolunu davam etdirməyə sadiq olduqlarını vurğulayıblar.