İran İslam Respublikası prezidenti Pakistan ordusunun komandanı ilə görüşdə regionun təhlükəsizliyi və stabilliyinin möhkəmləndirilməsi istiqamətində Tehran və İslamabad arasında müdafiə və hərbi əməkdaşlıqların inkişaf etdirilməsini müsbət qarşılayıb.
Rusiya xarici işlər nazirinin müavini deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın hərbi obyektlərinə baxış keçirmək icazəsi yoxdur.
Yəmən ordusu və xalq komitələri qüvvələri Nəcran məntəqəsində bir qrup Ərəbistan hərbçisini əsir götürüblər.
Səudiyə Ərəbistanı və Britaniya çərşənbə axşamı bir hərbi-təhlükəsizlik anlaşması imzalayıblar.
ABŞ Senatı bu ölkənin nəhəng hərbi büdcəsinin artırılması üzrə layihəsini təsdiqləyib.
ABŞ prezidenti iddia edib ki, bu ölkə Şimali Koreyanın hədələrinə təsirli və möhkəm hərbi cavaba malikdir.
İran İslam Respublikası silahlı qüvvələrinin Baş Qərargah rəisi heç bir qüdrətin İrana hücum edəcək gücə malik olmadığını deyərək, Müqəddəs Müdafiənin İranın öz ayaqları üzərində durmasına səbəb olduğunu bildirib.
Yaponiya hava qüvvələri bu ölkə qırıcıları və ABŞ-ın bombardmançı təyyarələrinin iştirakı ilə Koreya Yarımadası üzərində hərbi hava manevrinin keçirilməsindən xəbər verib.
Azərbaycan Respublikasının müdafiə naziri Bakı ilə Rusiya arasında hərbi əməkdaşlıqların genişləndirilməsinə təkid edib.
Türkiyənin cənub-şərqində əldəqayırma bomba partlayışı nəticəsində iki türk hərbçi ölüb.