Yan 08, 2023 15:59 Asia/Baku
  • Qarabağdakı erməniləri kim mühasirəyə alıb?

Qarabağın "dövlət naziri" Ruben Vardanyan yanvarın 8-də əhaliyə müraciət edərək ərzaq kuponlarının tətbiqinə hazırlıq barədə məlumat verib.

O, qeyd edib ki, Qarabağ əhalisinin 90%-i vəziyyəti sakitliklə qəbul edir,  “lakin bir neçə yolverilməz insident” var.

Vardanyan bildirib ki, bəzilərı benzini çörəyə dəyişir, halbuki benzin təcili yardım maşınlarına lazım olduğundan ümumi fonda verilməlidir. O, daha sonra mağaza sahiblərini qohum və tanışlarına mal paylamaqda ittiham edib.

"Biz hamımız eyni gəmidəyik və hər şeyi paylaşmalıyıq" o deyib və əlavə edib ki, bazar ertəsi qida talonlarının tətbiqi ilə baglı iclas keçirəcək.

Ruben Vardanyanın dedikləri doğru olarsa deməli Qarabağda ərzaq və yanacaq qıtlığı yaranıb.

Artıq 28 gündür Xankəndi-Laçın yolunda aksiya təşkil edən Azərbaycan Respublikası, qərb dövltləri və Avropa qurumları tərəfindən Qarabağdakı ermənilərin mühasirəsini təşkil etməkdə ittiham olunsa da ermənilər üçün humanitar yüklər və daşımalara yolun açıq olduğunu bildirir.

Belə isə, Ermənistandan Qarabağdakı ermənilərə ərzaq və yanacaq daşımalarının nəyə görə və kimin tərəfindən dayandırılması sualı xüsusi diqqət çəkir?

Bəlkə Ruben Vardanyan qərb dövlətlərinin diqqətini çəkmək üçün nümayişkaranə hərəkətlər edir və görüntü yaratmaq istəyir? Bu versiya doğru nəzərə gəlmir ona görə ki, bu gün Qarabağın “Təhlükəsiszlik Xidməti” əhaliyə müraciət edərək rayonda ərzaq və digər malların qıtlığı ilə bağlı sosial şəbəkələrdə məlumatları dərc etməməyə çağırıb bu isə o deməkdir ki, qıtlıq təssəvürü yaratmaq Qarabağdakı separatçılar üçün məqsədə uyğun ola bilməz.

Bu gün bir sıra qərbyönlü təşkilatların üzvləri tərəfindən Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası qarşısında etiraz aksiyasının keçirilməsi və iştirakçıların Rusiyadan Laçın dəhlizinin  açınmasını tələb etmələri isə onu deməyə əsas verir ki, Qarabağda həqiqətən qıtlıq yaranıbsa, ermənilərə görə bunun səbəbkarı Rusiyadır. Gümrüdə keçirilən aksiyada səsləndirilən şüarlardan da bəlli olur ki, Ermənilərin fikrincə Rusiya Qarabağdakı separatçılara təzyiq göstərməkdə maraqlıdır və Laçın-Xankəndi yolunda keçirilən aksiyanın arxasında elə Rusiyanın özü dayanır.

 “Əgər azərbaycanlı aksiyaçılar humanitar yüklərin qarşısını almırlarsa bəs niyə Qarabağda qıtlıq yaranıb?” Sualının başqa bir cavabı da ola bilər:

Rusiya sülhməramlıların zəruri daşımaları ləngitməklə fikirləri Azərbaycana qarşı yönətmək və beləliklə özlərinin Qarabağdakı rolunun vacibliyini inandırmaq.

Son versiya isə Paşinyan hökuməti ilə bağlıdır belə ki, o Laçın dəhlizinin saxlanılması qarşılığında nəyisə güzəştə getmək məcburiyyətində qaldığına görə, azərbaycanlıların keçirdiyi aksiyanı bəhanə edərək Qarabağa yanacaq və ərzağın daşınmasını ləngidir və orada durumu kritikləşdirməkdə maraqlıdır. Bununla da Paşinyan Laçın dəhlizinin saxlanılması qarşılığında gedəcəyi güzəştə görə ümumi fikri qane etmək istəyir.

 

Teqlər