Aug 11, 2019 21:45 Asia/Baku
  • Etirazçılar Fransa parlament üzvünün ofisini dağıdıblar
    Etirazçılar Fransa parlament üzvünün ofisini dağıdıblar

Fransada kapitalizm quruluşuna etiraz edənlər- sarı jiletlilər öz etirazlarının 39-cu şənbəsinin kənarında Fransa parlament üzvü- Patrik Vinyelin Monpelye şəhərində yerləşən ofisini dağıdaraq, onun divarına sarı rəng səpiblər.

Son iki həftədə ikinci dəfədir ki, etirazçılar Fransa parlamenti üzvlərinin ofislərinə hücum edirlər. Bundan öncə də etirazçılar öz etirazlarının 37-ci şənbəsinin kənarında Fransa parlamenti üzvlərindən birinin ofisini yandırmışdılar.

Teqlər

Şərhlər