Türkiyə
-
Türkiyə müxalifətinin lideri növbədən kənar seçkilərə çağırıb
Apr 07, 2025 13:16İstanbul bələdiyyə sədrinin həbsindən sonra artan etirazlar fonunda Türkiyənin əsas müxalifət partiyası tonunu şiddətləndirib və “ən gec noyabra qədər” növbədənkənar seçkilərin keçirilməsini tələb edib.
-
Ərdoğan ABŞ-a səfər edəcək
Apr 06, 2025 15:09Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk məhsullarına tətbiq edilən rüsumları müzakirə etmək üçün may ayında ABŞ-a səfər etməyi planlaşdırır. Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp yeni idxal rüsumları sistemini tətbiq edib. Baza dərəcəsi bütün idxal olunan mallar üzrə 10%, ayrı-ayrı ölkələr üçün isə əhəmiyyətli dərəcədə yüksək olacaq: Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20%. Rusiyaya qarşı heç bir rüsum tətbiq edilməyib.
-
Ankara: İsrail rejimi bölgədə sabitliyi pozur
Apr 04, 2025 14:44Türkiyə Xarici İşlər Nazirliyi, İsrailin Suriyaya davamlı hücumlarına reaksiya olaraq yaydığı bəyanatda, İsrailin bölgədə strateji olaraq qeyri-sabitlik yaradan bir rol oynadığını bildirib.
-
Türkiyəli aktrisa Başak Gümülcinelioğlu "TRT Tabii"də yayımlanan "Muhabir" serialından qovulub
Apr 04, 2025 14:24Buna səbəb onun həmkarları kimi boykot çağırışları etməsi olub.
-
Türkiyə müxalifəti hökumətə dəstək verən şirkətlərin boykot edilmələrini istəyib
Apr 02, 2025 21:15Türkiyədə ən iri müxalif partiya olan CHP-nin lideri Özgür Özəl, bu ölkə xalqından istəyibdir ki, aprelin ikisində heç bir pul xərcləməsin və bu yolla, İstanbulun sevimli meri- Əkrəm İmamoğlunun həbs olunmasına qarşı çıxan tələbələrin həbsinə etiraz etmiş olsun.
-
Ərdoğanın müxalifləri İmamoğlunun partiyasının çağırışı ilə yürüş keçiriblər
Mart 30, 2025 12:17Türkiyədəki etirazçılar bir daha İstanbul küçə və prospektlərinə geri dönüblər.
-
Türkiyədə həbs olunanların sayı artmaqdadır
Mart 26, 2025 17:05Türkiyə Daxili İşlər Nazirliyi İstanbul bələdiyyə sədrinin həbsinə etiraz olaraq 6 gün davam edən nümayişlərdə 1400-dən çox türk etirazçının həbs edildiyini açıqlayıb.
-
İstanbul məhkəməsi 7 jurnalistin həbsinə qərar verib
Mart 26, 2025 14:46"France Press" xəbər agentliyinin foroqrafı da daxil olmaqla 7 jurnalist Türkiyə məhkəməsi tərəfindən etiraz aksiyalarında iştirak ittihamı ilə həbs cəzasına məhkum edilib.
-
1100 nəfərdən çox həbs olunub; 9 nəfəri jurnalistdir
Mart 25, 2025 17:39Türkiyənin daxili işlər naziri bildirib ki, indiyədək 1100-dən çox etirazçı həbs edilib. Saxlanılanlardan 9-u jurnalistdir. Bununla belə, Ərdoğan əleyhinə aksiyalar hələ də davam edir və polis etirazçıları sərt şəkildə zor tətbiq etməklə dağıtmağa çalışır..
-
Türkiyədəki etirazlarda mindən çox etirazçi həbs edilib
Mart 25, 2025 14:46Türkiyənin daxili işlər naziri ölkənin müxtəlif şəhərlərində keçirilən etiraz aksiyaları zamanı 1133 etirazçının həbs edildiyini açıqlayıb.