Xəbərlər
  • Qalibaf:  İmam Xomeyni təkcə bir millətin tarixini yox, həm də insanın oyanış yolunu dəyişdi

    Qalibaf: İmam Xomeyni təkcə bir millətin tarixini yox, həm də insanın oyanış yolunu dəyişdi

    İyun 05, 2025 08:48

    Məhəmməd Baqir Qalibaf, Latın Amerikasına səfərinin dördüncü günündə – çərşənbə axşamı, 14 Xordad tarixində (Braziliya vaxtı ilə) – Braziliyada İran İslam Respublikasının qonşu ölkələrdəki səfirlərinin iştirakı ilə keçirilən İmam Xomeyninin vəfatının ildönümünə həsr olunmuş mərasimdə çıxış edərək bildirdi: İmam Xomeyni (r.ə) bir məktəbin memarı idi – elə bir məktəb ki, ağlı mənəviyyatla qucaqlaşdırdı və ədaləti dindarlığın və insanlığın əsası kimi cəmiyyətin qəlbinə gətirdi.

  • Pakistan:  ABŞ-ın Qəzzədə atəşkəs qətnaməsini veto etməsi dünyaya təhlükəli mesaj verir

    Pakistan: ABŞ-ın Qəzzədə atəşkəs qətnaməsini veto etməsi dünyaya təhlükəli mesaj verir

    İyun 05, 2025 08:28

    BMT-də Pakistanın daimi nümayəndəsi Əsim İftixar Əhməd bildirib ki, ABŞ hökumətinin Təhlükəsizlik Şurasında Qəzzədə atəşkəs üçün qətnaməni veto etməsi insan hüquqları qanunlarına ziddir və Fələstinlilərə qarşı davam edən cinayətlərə birbaşa dəstəkdir. Bu, dünyaya təhlükəli bir mesajdır.

  • Papa Leo Putindən Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal tədbir görməyi xahiş etdi

    Papa Leo Putindən Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal tədbir görməyi xahiş etdi

    İyun 05, 2025 08:26

    Vatikanın mətbuat katibi Matteo Bruni bildirib ki, 14-cu Papa Leo Vladimir Putinlə telefon danışığında dialoqun əhəmiyyətini vurğulayaraq, Rusiya prezidentindən Ukraynada sülhün təmin olunması üçün tədbir görməyi istəyib.

  • 2025-ci ilin  həcc bəyanatı

    2025-ci ilin həcc bəyanatı

    İyun 05, 2025 08:16

    Müəzzəm Rəhbərdən 2025-ci ilin həcc bəyanatının bütöv mətni

  • Tramp Harvard universitetinin xarici tələbələrinə vizanı məhdudlaşdırdı

    Tramp Harvard universitetinin xarici tələbələrinə vizanı məhdudlaşdırdı

    İyun 05, 2025 08:15

    ABŞ prezidenti Donald Tramp federal qanunların pozulmasını bəhanə gətirərək, Harvard Universitetinin beynəlxalq tələbələri üçün viza verilməsini məhdudlaşdırdı. Ağ Evin yaydığı məlumata görə, Harvardın yeni tələbələri üç növ qeyri-immiqrant vizası ilə ABŞ-a daxil ola bilməyəcək. Eyni zamanda, ABŞ-ın dövlət katibi Mark Rubioya göstəriş verilib ki, yeni bildirişə əsasən, hazırda ölkədə olan xarici tələbələrin vizalarının ləğv edilməsi imkanını araşdırsın.

  • Yəmən:  Ben Qurion hava limanını vurduq

    Yəmən: Ben Qurion hava limanını vurduq

    İyun 05, 2025 08:13

    Yəhya Səri: İki ədəd “Yafa” pilotsuz uçuş aparatı ilə işğal altındakı Yafa bölgəsində yerləşən Ben Qurion hava limanını uğurla vurduq.

  • ABŞ bir daha Qəzzədə müharibənin dayandırılmasına mane oldu

    ABŞ bir daha Qəzzədə müharibənin dayandırılmasına mane oldu

    İyun 05, 2025 08:11

    ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzzədəki müharibəyə son qoymaq məqsədilə təqdim olunan qətnaməni bir daha veto edərək, Qəzzə xalqına qarşı zülmün bitməsinin əsas maneəsi oldu. ABŞ nümayəndəsi iddia edib ki, İsrailin özünü müdafiə etmək hüququ var və İsrailin təhlükəsizliyini zəiflədən hər bir mövqe qəbuledilməz sayılır.

  • Sərdar Səlami: Hər bir ssenari ilə üz-üzə gəlməyə hazırıq

    Sərdar Səlami: Hər bir ssenari ilə üz-üzə gəlməyə hazırıq

    İyun 05, 2025 08:08

    Əl-Məyadin telekanalı İranın dövlət və hərbi rəsmiləri ilə görüş keçirərək, ABŞ-la aparılan danışıqlar, sionist rejim rəhbərlərinin İran əleyhinə səsləndirdiyi boş və mənasız təhdidlər və digər məsələlərlə bağlı onların fikirlərini öyrənib. Bu çərçivədə, SEPAH-ın baş komandanı Sərdar Hüseyn Səlami Əl-Məyadin telekanalına bildirib ki, İran hər bir ssenariyə qarşı tam hazırdır və İran xalqının hüquqlarının və ölkənin müstəqilliyinin qorunmasına dair İslam Respublikasının qətiyyətini vurğulayıb.

  • Rusiya ABŞ-ın Qəzzə vetosuna etiraz etdi

    Rusiya ABŞ-ın Qəzzə vetosuna etiraz etdi

    İyun 05, 2025 08:07

    Rusiya nümayəndəsi: Təhlükəsizlik Şurası bir daha Qəzzə və ümumilikdə Qərbi Asiyanı xilas etmək üçün çıxış yolu tapmaqda uğursuz oldu. BMT bir daha şahid oldu ki, kim həqiqətən sülh istəyir və kim geosiyasi oyunları davam etdirir.