Əl-Məşat Ərəb Liqasının yekun bəyanatına reaksiya verib
Yəmən ali siyasi şurasının sədri dünən gecə Ərəb Liqasının Ərəbistanda keçirilən iclasına reaksiya verib. Bildirib ki, Ciddə bəyanatında Yəmən xalqına qarşı təcavüzkarlığa son qoyulması barədə hər hansı bənd yoxdur.
SəhərAzəri-nin məlumatına görə, Mehdi Əl-Məşat həmçinin deyib: Səna/ Ciddə iclasından gözləyirdi ki, Yəmən qarşısındakı mənfi düşüncə tərzini dəyişəcək, amma onlar bu məsələnin reallaşmasında uğursuz qaldılar.
Əl-Məşat əlavə edib: Təəssüflər olsun ki, hələ də bəzi ərəb ölkələrinin fikir və düşüncələrinin, Yəmənin bütövlüyünü necə dağıtmaq olduğunun şahidiyik. Yəmən xalqını blokada və aclıqda saxlamaq, onlar üçün bir əyləncəyə çevrilib.
O, sonra söyləyib: Amerika və qərblilər Yəməndə törətdikləri əməllər və ən dəhşətli fəlakətdən sonra daha ərəblərə insan hüquqları dərsi verə bilməzlər.
Amerikanın, əmirliklərin və bir sıra digər ölkənin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə hərbi müdaxilə edən Ərəbistan/ bu ölkəni quru, dəniz və havadan blokadaya alıb. Bu təcavüz nəticəsində minlərlə yəmənli öldürülüb, on minlərlə insan yaralanıb, milyonlarla insan da didərgin düşübdür.