Həmas ABŞ-ın xahişini rədd edib
Fələstin İslami Müqavimət Təşkilatı- HƏMAS-ın siyasi bürosunun sədri Amerikanın diplomatik münasibətlər qurmaq barədəki xahişini rədd edib.
İsmail Hənyə dünən Əlməyadin telekanalı ilə müsahibədə Amerika ilə hər cür diplomatik münasibətin qurulmasını rədd edərək, bir daha ABŞ-ın bölgəyə yiyələnməsi yollarının bağlanmasına təkid edib.
HƏMAS-ın siyasi bürosunun sədri "əsrin sövdələşməsi" ilə mübarizə üçün fələstinlilərin birliyini zəruri adlandırıb. Bildirib ki, HƏMAS ilə İslami Cihad Təşkilatı arasında təfriqə salmaq üzrə hər cür səy uğursuz qalacaq, zira Qəzzədə müqavimət məğlubedilməzdir.
Hənyə Moskvaya son səfərinə də toxunub: HƏMAS Fələstin milli birlik hökumətinin təşkili, Qahirədə Fələstin milli konfransının keçirilməsi, Ramullahdan kənarda Fələstin milli məclisinin təşkili və ümumi seçkilərin keçirilməsi kimi dörd seçim barədə vahid münasibət və baxışa nail olmaq üzrə planı Rusiyaya təqdim edib.
HƏMAS-ın siyasi bürosunun sədri dünən Moskvaya səfərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb və onunla Yaxın Şərqdə əhatəli sülh, daimi həll üfüqləri və Fələstin Azadlıq Təşkilatının siyasi proqramı barədə danışıb.
HƏMAS ABŞ-IN XAHİŞİNİ RƏDD EDİB