Mart 16, 2020 14:50 Asia/Baku
  • Müqavimət qrupları ABŞ-ın hücumlarının cavabını verəcəklər
    Müqavimət qrupları ABŞ-ın hücumlarının cavabını verəcəklər

İraqda Həşduşşəbi təşkilatının qollarından olan bir qrup bildirib ki, müqavimət qrupları ABŞ-ın hücumlarının cavabını verəcəklər və bu cavab mütləq ağrılı olacaqdır.

İraqda Həşduşşəbi təşkilatının tabeliyində olan "Səraya əl-Xorasani" müqavimət qrupunun baş katibi Əli əl-Yasiri dünən gecə Əlaləm telekanalı ilə müsahibədə vurğulayıb ki, Amerikanın İraq ərazisindəki son hücumları bu ölkənin ərazi bütövlüyü və suverenliyinin aşkar şəkildə pozulması deməkdir.

Əl-Yasiri eyni zamanda deyib: Müqavimət qruplarının Amerikanın cinayətlərinə cavabından irəli gələn qorxu bu ölkənin İraqdakı səfirliyi üzərinə kölgə salıb və bu proses amerikalıların İraqdan çıxacaqları zamanadək davam edəcək.

Amerika hərbçilərinin İraqda yerləşən Əltaci hərbi bazası ötən çərşənbə günü azı on ədəd "Katyuşa" tipli raket atışı hədəfinə çevrildi. Nəticədə bir ingilis hərbçi, həmçinin bir amerikan podratçı və hərbçi ölüb, on iki nəfər də yaralanıbdır.

Hərçənd Həşduşşəbi bu hücumla hər cür əlaqəsini rədd edib, amma amerikan qırıcılar cümə axşamı və cümə günləri dəfələrlə Həşduşşəbi-nin və İraq ordusunun bu ölkənin müxtəlif bölgələrindəki mövqelərini hədəfə alıblar. Nəticədə onlarla nəfər ölüb və yaralanıbdır.

 

MÜQAVİMƏT QRUPLARI ABŞ-IN DƏRSİNİ VERƏCƏKLƏR

Teqlər