Nuri Əl-Maliki vurğulayıb:
“Prosesləri qiymətləndirmək üçün şəhid Süleymaninin varlığı lazım idi”
İranın İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin keçmiş komandirinin şəhid olmasının ildönümü ərəfəsində, İraqın tanınmış şəxsiyyətlərinin ifadələri və xatirələrini əks etdirən “Son Səfər” adlı sənədli filmdə danışan sabiq baş nazir Nuri Əl-Maliki vəziyyəti qiymətləndirmək üçün şəhid Süleymaninin varlığına ehtiyaclarının olduğunu bildirib.
SəhərAzəri xəbər verir, Nuri Əl-Maliki İranın Qüds Qüvvələrinin keçmiş komandirinin şəhadət xəbərini necə aldığını belə izah edib: "Hansı mesajların gəldiyini görmək üçün telefonumu açanda sübh namazı idi. Şəkli olan bir mesaj gördüm. Bu mesaj Hacı Qasımın şəhadətindən bəhs edirdi. Mən onun əlini gördüm. Barmağındakı üzükdən tanıdım, çünki bu taxdığı ona verdiyim üzüklərdən biri idi.
Bunun doğru olduğunu anladım və gördüm. Yalnız bir əl idi və onun qolbağı və üzüyünü tanıyırdım. Bu məni çox sarsıtdı. İslam məsələlərində və İraqdakı vəziyyətdə sadiq bir dost, səmimi, dünyəvi və həssas bir qardaş olduğu üçün yox, onun varlığı və şahidi olduğu və toxunduğu bir çox problemlərə görə lazım idi. Möhtəşəm təcrübəyə və (gələcək inkişafları) oxuya bilən bir adam idi və bu səbəbdən amerikalıların onu hədəfə almaq cəhdləri düşünülmüş bir hərəkət idi.
Onu hədəfə alaraq hərəkatın belini qırdılar və səmimi olaraq deyə bilərəm ki, İraqdakı vəziyyətə böyük təsir göstərə bilər".
Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasim Süleymani və İraqda Əlhəşduşşəbi təşkilatının rəis müavini Əbu Mehdi Əl-Mühəndis və digər səkkiz nəfərlə yanaşı, 2020-ci il yanvarın üçündə təcavüzkar və terrorçu ABŞ qüvvələrinin İraqın Bağdad hava limanının yaxınlığında keçirdikləri hava hücumunda şəhid edildilər.