“İsrailə hücum etməyə hazırıq”
Yəmən hökuməti irticaçı sionist rejimini hədələdi
Okt 18, 2023 13:10 Asia/Baku
Yəmənin Qurtuluş Hökumətinin müdafiə naziri general-mayor Məhəmməd Nasir Əl-Ətafi Yəmən ordusunun, Fələstinin suverenliyi, müstəqilliyi və birliyini müdafiə etməyə hazır olduğunu vurğulayıb.
Əl-Ətafi bu haqda bildirib: “Yəmən silahlı qüvvələri, Seyyid Əbdulmalik Bədrəddin əl-Husinin əmrinə qulaq asır və ona xitab olaraq deyirlər ki, harda desən, düşmən harda olursa olsun, ölümcül vulkan kimi onların üzərinə enməyə hazırıq. Allaha and olsun ki, bizə əmr versəniz, heç bir tərəddüd etmədən raketlərimiz və pilotsuz təyyarələrimizlə İsrailə hücum edəcəyik”.
Yəmənli general bu ölkə qüvvələrinin mənəvi-əxlaqi hazırlıq baxımından ən yüksək səviyyədə olduğunu və cahillərə dərs verməyə hazır olduğunu qeyd edib.