-
İraq bayrağı İŞİD-in Mosulun qərbindəki ən böyük bazasının üzərində dalğalanıb
İyul 03, 2017 12:43Bir qrup İŞİD başçısı üçün sığınacağa çevrilmiş Mosul şəhərinin ən böyük xəstəxanasının azad edilməsilə İraq bayrağı İŞİD-in Mosulun qərbindəki bir növ ən böyük bazasının üzərində dalğalanıb.
-
İraqda terror partlayışı
İyul 03, 2017 09:03İraqın Ələnbar vilayətində yerləşən didərginlər düşərgəsində baş vermiş terror partlayışı nəticəsində on dörd nəfər həlak olub.
-
Mosulun tam azad edilməsi müraciəti bazar ertəsi günü qiraət ediləcək
İyul 02, 2017 20:57İraqın Federal Polisi rəisi iraqlı qüvvələrin Mosulda İŞİD terrorçuları ilə savaşda tam qələbə əldə etməsi müraciətinin bazar ertəsi günü Mosulda qiraət ediləcəyindən xəbər verərək, iraqlı qüvvələrin bu qələbəni İraq xalqı və silahlı qüvvələrin ali baş komandanına hədiyyə edəcəklərini deyib.
-
Mosulda İŞİD-in sonu
İyul 02, 2017 19:28İraqlı qüvvələr Qədim Mosulda Ən-Nücəyfi küçəsində yerləşən Bilal Həbəşi məscidini, Dəmir Körpünü və Çərşənbə bazarını terrorçuların işğalından azad ediblər. Mosulun terrorçulardan təmizlənməsi əməliyyatı davam edir.
-
Qədim Mosulda daha bir qrup İŞİD terrorçusu məhv edildi
İyul 02, 2017 18:03İraqın Federal Polisinin rəisi təhlükəsizlik qüvvələrinin bazar günü Mosulun qədim hissəsində təqribən 80 terrorçunu məhv etdiklərini bildirib.
-
İŞİD İraqda yenə cinayət törətdi \ Qəfəsə salınmış 12 nəfər diri-diri yandırıldı
İyul 02, 2017 09:20İŞİD terror qruplaşması daha bir cinayətə imza ataraq, İraqın Kərkük vilayətində yerləşən Hüvəycə şəhərindən qaçmağa çalışan 12 şəhər sakinini dəmir qəfəsə salaraq, diri-diri yandırıb.
-
İraqlı qüvvələr Şəfa qəsəbəsini İŞİD-in işğalından çıxarıblar
İyul 01, 2017 20:17İraqda Neynəva əməliyyatının komandanı Mosulun qərbində yerləşən Şəfa qəsəbəsinin digər hissələri, həmçinin İbn Sina xəstəxanası, qan bankı, nüvə tibb bölməsi və laboratoriyanın azad edilməsindən xəbər verib.
-
İraq parlamentinin üzvü: Ali-Səud İŞİD-i himayəyə görə, mühakimə olunmalıdır
İyul 01, 2017 18:10İraq parlamentinin sünni üzvü ölkəsinin silahlı qüvvələrinin Mosuldakı son qələbələrinə reaksiyada sosial şəbəkədəki şəxsi səhifəsində xəbərdarlıq edib ki, İŞİD-in xürafat dövləti süqut etdi, amma təhlükə qalmaqda davam edir, zira Ali-Səud hələ qalır.
-
İran XİN Mosulun azad edilməsini təbrik edib
İyul 01, 2017 09:52İran Xarici İşlər Nazirliyinin sözçüsü İŞİD terror qrupunun Mosulda ağır məğlubiyyətə uğramasını təbrik edərək, terrorizmin maliyyə təmini və təfəkkür köklərinin qurudulması üçün kütləvi mübarizənin davam etdirilməsini istəyibdir.
-
İŞİD İraqın Huvəycə şəhərində 900 sivili oğurlayıb
İyul 01, 2017 08:43İraqın Huvəycə şəhərindəki yerli mənbələr bildiriblər ki, İŞİD terror qrupunun ünsürləri bu şəhər əhalisindən 900 sivili oğurlayıblar.